Almaniya kansleri Fridrix Merz Bundestaq iclasında Almaniya əsgərlərinin Ukraynaya göndərilməsi ilə bağlı birbaşa suala cavab verməkdən çəkinib.
Doğru.az xəbər verir ki, Almaniya üçün Alternativ partiyasından olan parlament üzvü Markus Fronmayer kanslerdən soruşub: “Təhlükəsizlik zəmanəti altında Ukraynaya alman əsgərləri göndərmək istəyirsinizmi? Bu suala ‘bəli’ və ya ‘xeyr’ cavabı verilə bilər.”
Merz sualı çətin adlandıraraq yalnız gülümsəyib və konkret cavab verməyib.
DOĞRU.AZ




























