image-n1karobka_ads
image-1771319098_b1f57ee7-937e-407f-8134-896f2a64fb14backend

Mətbuat katibi vəzifəsindən azad edildi

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin mətbuat katibi Nəzrin Adıgözəlzadə vəzifəsindən ayrılıb.

Doğru.az xəbər verir ki, bu barədə o, Oxu.Az-a açıqlamasında məlumat verib.

Nəzrin Adıgözəlzadə bildirib ki, işindən öz ərizəsi ilə ayrılıb. Onun sözlərinə görə, artıq iki həftədir ki, öz xahişi ilə işdən çıxıb.

“Yeni işlə bağlı təklif almışam. Yaxın vaxtlarda buna dair açıqlama verəcəyəm”, – deyə o qeyd edib.

Hazırda onun yeni vəzifəsinin harada olacağı ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki