image-2000x150px
image-123
image-ads_atlas
image-lyqei1i9nvmam1uk2vgb4q08zmxlnb6ba9yepmk7backend

Metro nə vaxt açılacaq? – VİDEO

image-728x90px

Sonuncu dəfə Nazirlər Kabineti tərəfindən 2021-ci ilin mart ayında verilən qərara əsasən xüsusi karantin rejiminin müddəti iyunun 1-dək uzadılmışdı. Artıq bu müddət sona yaxınlaşdıqca Bakı Metropoliteninin fəaliyyətinin yenidən bərpası məsələsi gündəmə gəlir. Bəs metro həmin tarixdə açılacaqmı?

Pandemiya şəraitində və xüsusi karantin rejimi müddətində Bakı Metropolitenində sərnişindaşıma fəaliyyətinin tənzimlənməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətinə daxil olan məsələdir.

Bunu “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bununla bağlı hələ ki dəqiq bir qərar yoxdur.

Bəxtiyar Məmmədov bildirib ki, əgər iyunun 1-dən Bakı metrosunda sərnişindaşımanın bərpa edilməsinə qərar verilsə, biz həmin müddətə qədər sərnişindaşımaya tam hazır olacağıq.

Qurum rəsmisi əlavə edib ki, hazırda metronun “Elmlər Akademiyası” stansiyasında təmir işləri gedir. Lakin buna baxmayaraq bu işlər də iyunun 1-nə qədər başa çatdırılacaq.(xəzərxəbər)

DOĞRU.AZ

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki