image-2000x150px
image-123
image-ads_atlas
image-yenigundem_eebe62b0b23d2fba0e475cbba85e12ba_8sv5gxtyj2konf9zrhei-620x460backend

Millət vəkili Əziz Ələkbərli Qərbi Azərbaycan İcmasının Sumqayıt fəalları ilə görüşmüşdür – FOTOLAR

image-728x90px

Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli Sumqayıt şəhərində olmuş, AQC və QAİ Sumqayıt şəhər fəalları ilə görüş keçirmişdir.

Görüşdə çıxış edən Əziz Ələkbərli 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm qələbə, bu qələbənin qazanılmasında Müzəffər Ali Baş Komandan İlham Əliyevin müstəsna xidmətləri, müharibədən sonra bölgədə yaranmış yeni reallıq, postmüharibə dövründə hər bir Azərbaycan vətəndaşının, o cümlədən hər bir AQC və QAİ üzvünün qarşısında duran vəzifələr barədə geniş bəhs etmişdir.

Müzakirələrdə AQC və QAİ Sumqayıt şəhər fəalları Sevindik Hüseyinov,  Baxşeyiş Ələmşahov, Yavər Quliyev, Rövşən Məmmədov, Qərbi Azərbaycan İcması qadınlar şurasının üzvü Cəmilə Fəyyaz və b. çıxış etmişlər.

Tədbirdə Qərbi Azərbaycan İcmasının sədr müavini Fəxrəddin Nəbiyev və Aparat rəhbəri Abduləli Həsənov iştirak etmişlər.

Görüşün sonunda Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli toplantını müsbət dəyərləndirərək iclas iştirakçılarına təşəkkürünü bildirmiş və sonda xatirə şəkilləri çəkilmişdir.

Qeyd edək ki, İclasın Sumqayıt şəhərində keçirilməsi Qərbi Azərbaycan İcması qadınlar şurasının üzvü Cəmilə Fəyyazın təşəbbüsü ilə baş tutmuşdur.

image-screenshot_20210522-114135_chrome image-screenshot_20210522-114125_chrome image-screenshot_20210522-114117_chrome image-screenshot_20210522-114110_chrome

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki