Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva hərbi  qulluqçu Əhməd Əliyevə baş çəkib-FOTObackend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva hərbi qulluqçu Əhməd Əliyevə baş çəkib-FOTO

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsində yaralanmış hərbi qulluqçu Əhməd Aliyevlə görüşüb, onun sağlıq durumu və qayğıları ilə maraqlanıb. Qazini işğalçı düşmən üzərində parlaq qələbə münasibəti ilə ürəkdən təbrik edən Komitə sədri ürək sözlərini bölüşüb:

“Müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıran siz fədakar qazilərimiz, başda Ali Baş Komandanımız olmaqla şanlı Ordumuzun qüdrətini, xalqımızın birliyini dünyaya göstərdiniz. Sizlər şəhid olan silah yoldaşlarınızın qanını yerdə qoymadınız.
Şanlı Ordumuzun xilaskarlıq missiyası işğal altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, o cümlədən muzeylərin, abidə və ibadətgahların da bərpası, təmiri üçün imkanlar açıb.

Bütün yaralı hərbçilərimizə tezliklə öz sağlamlığına qovuşmağı, şəhidlərimizə rəhmət diləyirəm”!
Komitə sədri ali dövlət rəhbərliyinin yaralı hərbçilərimizə xüsusi diqqət və qayğısını minnətdarlıqla qeyd edərək, bu diqqət və qayğının hər bir məmur, millət vəkili, işadamı üçün örnək təşkil etdiyini bildirib.
Əhməd Aliyev səmimi qəbul üçün təşəkkür edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki