image-n1karobka_ads
image-123
image-kitabbackend

Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xatirəsinə ithaf olunmuş kitabın təqdimat mərasimi keçirilib – FOTOLAR

image-ad_qayo_720x110px

Doğru.az xəbər verir ki, dekabr 2021-ci il tarixində Azərkitab Kitab Mərkəzində Əməkdar elm xadimi professor Qəzənfər Paşayevin Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimova ithaf olunmuş “Qəbələ. Keçmişdə və günümüzdə” kitabının təqdimat mərasimi keçirilmişdir.

Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Komitənin sədri Qənirə Paşayeva, millət vəkilləri, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun ailəsi və Mədəniyyət Nazirliyinin əməkdaşı Kamran Musayev iştirak etmişlər.

Tədbir iştirakçılarının çıxışlarında monoqrafiyanın təkcə mütəxəssislər üçün deyil, eləcə də, tarix, etnoqrafiya və folklorşünaslıq elmlərinə maraq göstərən oxucular üçün maraqlı olacağı vurğulanıb.

Qeyd edək ki, bu ilin sentyabrında “Təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən kitab Ümummilli lider Heydər Əliyevin “Qəbələnin şərəfli keçmişi, gözəl gələcəyi vardır”, ölkə Prezidenti İlham Əliyevin “Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında əyani şəkildə çox yaxşı görürük” sözləri ilə açıılır.

DOĞRU.AZ

image-ilg_9601 image-ilg_9610 image-ilg_9637 image-ilg_9643 image-ilg_9645 image-ilg_9646 image-ilg_9659 image-ilg_9664 image-ilg_9694 image-ilg_9696 image-ilg_9726 image-ilg_9771 image-ilg_9781 image-ilg_9794 image-ilg_9815 image-ilg_9839 image-ilg_9855 image-ilg_9874 image-ilg_9876 image-ilg_9926

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki