image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210710_031605_662backend

Millimizin sabiq üzvü Rusiya klubuna keçib!

image-728x90px

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət yığmasının sabiq üzvü David Qarayev karyerasını yenidən Rusiyada davam etdirəcək.

Doğru.az xəbər verir ki, 26 yaşlı hücumçu “SKA-Xabarovsk” komandasına keçib. Klubun rəsmi saytı forvardla 1 illik müqavilə imzalandığını açıqlayıb. O, yeni komandasında 9 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, David Qarayev 2013-cü ildə Azərbaycanın U-18 yığmasına dəvət alıb və 5 oyun keçirib. Sonradan ona əsas millidə oynamaq təklif olunsa da, futbolçu Rusiya çempionatında legioner sayılmamaq üçün bundan imtina edib. Rusiyada “Ximki” və “Ural” kimi komandaların da formasını geyinmiş hücumçu son olaraq Qazaxıstanın “Kaspi” klubunda oynayıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki