image-2000x150px
image-123
image-ads_atlas
image-yen-1612854841backend

Minaya düşən hərbçinin ayağı amputasiya olundu

image-728x90px

Dünən Füzulidə minaya düşən hərbçilərdən birinin ayağı amputasiya olunub.

Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu olan 2002-ci il təvəllüdlü Murad Məmmədzadə sol ayağı topuqdan aşağı amputasiya olunub. Onun Lənkəranın Liman şəhər sakini olduğu bildirilir.

Digər yaralı hərbçi, İmişli rayonu Cəfərli kənd sakini, 2001-ci il təvəllüdlü Məmmədzadə Sarib İdris oğlu sağ ayağına cərrahi müdaxilə edilərək əməliyyat olunub. Onun ayağı amputasiya olunmadan xilas edilib.

DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev “Qafqazinfo”ya məlumatı təsdiqləyib.

Qeyd edək ki, hər iki hərbçi dünən Füzuli rayonunun Şükürbəyli kəndinə xidmətdə olarkən piyada əleyhinə minaya düşüblər.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki