Amerikanın Minneapolis şəhərində (Minnesota) katolik məktəbində atışma baş verib.
Doğru.az xəbər verir ki, şəhərin polis rəisi Brayan O’Hara bildirib ki, hücum edən şəxs silahı qanuni yolla əldə edib:
“Bu dəhşətli hücumda tüfəng, ov tüfəngi və tapançadan istifadə edilib, bunların hamısı atıcı tərəfindən qanuni olaraq alınıb”.
Hadisə nəticəsində iki uşaq ölüb, 17 nəfər yaralanıb. FTB atışmanı daxili terror aktı və katolikləri hədəf alan nifrət cinayəti kimi araşdıracağını açıqlayıb.
DOĞRU.AZ