Misirin kəşfiyyat xidməti israilli girovların azad edilməsi üçün Fələstinin radikal HƏMAS hərəkatına ilkin təklifi verib.
Bu barədə Amerikanın CNN telekanalı məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, təklif Parisdə Misir, İsrail, Qətər və ABŞ nümayəndələrinin iştirak etdiyi danışıqlarda hazırlanıb.
Kanalın materialında qeyd olunur ki, danışıqlar iştirakçıları ümumi mənada konsensusa gəlsələr də, konkret detallar üzərində razılığa gəlmək çox çətin olacaq. HƏMAS-ın əlində olan hər bir israillinin İsraildə həbsdə olan üç fələstinli ilə dəyişdiriləcəyi gözlənilir. İsrail əsgərləri üçün bu nisbət artırıla bilər.