image-ads_n1karobka_mobile
image-317711423_815974959697643_8756181190574252421_nbackend

  MİT-dən Suriyada növbəti uğurlu əməliyyat: Xüsusi təhlükəli terrorçu məhv edildi

image-add-a-heading

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) PKK/YPG terrorçularına qarşı növbəti uğurlu əməliyyat keçirib. Belə ki, Suriyanın şimalında “Mizgin Kobani” adı ilə fəaliyyət göstərən xüsusi təhlükəli terrorçu Siham Mislih məhv edilib.

Bu barədə Ankaradakı təhlükəsizlik strukturlarındakı mənbələrdən bildirilib.

Məlumata görə, “Mizgin Kobani” Suriyanın Ayn-İsa bölgəsində PKK/YPG-nin “məsul”larından biri hesab olunub.

O, “Sülh çeşməsi” əməliyyatı zonasında türkiyəli hərbçilərin mövqelərinə hücumların təşkilində, təxribat aksiyalarında fəal iştirak edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki