image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20220328-205533_gallerybackend

MMP-nın sədr müavini Könül İsmayılovanın doğum günüdür

image-728x90px

Həyat Könül İsmayılovaya güclü, cəsarətli olmağı öyrədib. O heç vaxt əllərini yanına salıb məyus olmur. Özünə inanır və buna görə də heç kəsdən heç nə ummur. Əgər belə olmasaydı rəqabət mühitində olan işində onu çoxdan məğlub etmişdilər. Könül xanım heç vaxt məğlub olmaq haqqında düşünmür. Bir işi, yaxud bir layihəni düşünürsə, işlə bərabər qalib gəlməyi də düşünür.

Könül xanım, daim hərəkətdədir. O bir partiyanın sədr müavini olaraq öz üzərinə düşən məsuliyyəti yetərincə dərk edir. Buna görə də demək olar ki, bütün müdianın dostudur. İstənilən mövzularda həmişə jurnalistlərin suallarına gecikmədən cavab verir. Ona yaxın olan biri kimi deyə bilərəm ki, ondan sizə nəsə lazımdırsa, çəkinmədən birbaşa deyin. Çünki güclü xanımlara söz demək üçün dolayı yol axtarmaq lazım deyil.

Dost, sirdaş, rəfiqə və siyasətçi kimi onunla hər mövzuda danışmaq olar. Təkcə onu maraqlandıran məsələlərə diqqət çəksəniz bu məhdud görünə bilər. Könül xanım bir mövzuda qarşısındakının az məlumatlı olduğunu bildiyi anda, elə şərait yaradır ki, həmin adam sınmasın və bunu da heç hiss etdirmədən edir.

Onun Müasir Müsavat Partiyasınında gördüyü və indi də davam etdirdiyi işlər əvəzolunmazdır. Partiyanın hər bir yükünü məsuliyyətlə çiyinləri üzərində daşıyan Könül xanım hər zaman partiyanın irəli getməsi üçün çalışır. Bu işi də çox bacarıqla və cəsarətlə edə bilir. Yeni yaşında Könül xanıma uğurlarının daha da çox olmasını arzu edirik.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki