image-2000x150px
image-123
image-ads_atlas
image-editor_3c633cd12192e3a0546f2fe44be49d37_nv8aycle30wx51oqfujk-620x403backend

MN rəsmisi: “Hazırda sərhəddə vəziyyət gərgindir”

image-728x90px

“Son dövrdə ki, erməni təxribatları bu gün daha da intensivləşib”.

Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.

Nazirlik rəsmisi bildirib ki, qəfil hərbi əməliyyatlara başlanılıb: “Döyüş postlarımıza hücum olunub, iki hərbi qulluqçumuz yaralanıb, həyatlarına ciddi təhlükə yoxdur”.

O qeyd edib ki, xeyli sayda sursat hərbi qənimət ələ keçirilib: “Adekvat tədbirlər görülüb. Hücum tam iflasa uğrayıb. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır, vəziyyət nəzarət altındadır”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki