Hindistanın baş naziri Narendra Modi Rusiyanı Hindistanın sadiq dostu adlandırıb.
“Rusiya” sözünü eşidəndə hər bir hindlinin ağlına gələn ilk söz xoşbəxtlik və kədər içində Hindistanın yoldaşı olur. Rusiya Hindistanın sadiq dostudur”, – TASS onun sözlərindən sitat gətirir.
O əlavə etdi ki, “Hindistan və Rusiya arasındakı münasibətlərdə temperatur həmişə müsbətdir”.
Bundan əvvəl Modi iyulun 9-da Rusiya prezidenti Vladimir Putinlə danışıqların iki ölkə arasında dostluğu möhkəmləndirəcəyi fikrini bildirmişdi.
Mənbə TASS