image-2000x150px
image-123
image-ads_atlas
image-rian_6405702-hr-pic_32ratio_900x600-900x600-47995backend

Moldova müxalifəti hakimiyyəti mayın 9-dan əvvəl ölkədə vəziyyəti gərginləşdirməməyə çağırıb

image-728x90px

Moldova müxalifətinin Sosialistlər Partiyası mayın 9-u ərəfəsində respublika rəhbərliyinə müraciət edib.

Siyasi qüvvə özünün Telegram kanalında Qələbə Gününün qeyd olunması zamanı Georgi lenti taxan vətəndaşlara qarşı repressiya hədələrinə son qoymağa çağırıb.

“Yüksək rütbəli məmurlar Moldova Respublikası Konstitusiya Məhkəməsinin izahatının əksinə olaraq Böyük Vətən Müharibəsi veteranlarının xatirəsinə Georgi lenti taxacaq vətəndaşları cərimələr və digər repressiyalarla hədələyirlər. Moldova Respublikasının Sosialistlər Partiyası ölkə liderlərini və hakim partiyanın nümayəndələrini ölkədəki vəziyyəti gərginləşdirməyə, cəmiyyəti parçalamağa və vətəndaşlar arasında münaqişələri qızışdırmağa son qoymağa çağırır”, – deyə məlumatda bildirilir.

Mənbə: Lenta.ru

Doğru.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki