Anatoli Qarbuzov Moskva İnvestisiya və Sənaye Siyasəti Departamentinin rəhbəri təyin edilib. O, əvvəllər bu idarənin rəis müavini vəzifəsində çalışıb.
Moskva şəhər xəbər agentliyinin məlumatına görə , bu barədə sərəncamı Moskva meri Sergey Sobyanin imzalayıb.
Bundan əvvəl məlum olmuşdu ki, Moskva şəhərsalma siyasəti departamentinin rəhbəri Sergey Levkin tutduğu vəzifədən azad edilib.
Onun yerini paytaxtın İnvestisiya və Sənaye Siyasəti Departamentinin keçmiş rəhbəri Vladislav Ovçinski tutacaq.
DOĞRU.AZ