Moskvanın “Torpedo” klubunun əfsanəvi futbolçusu Viktor Şustikov 87 yaşında vəfat edib.
Doğru.az xəbər verir ki, bu barədə məlumatı Avtomobil Zavodunun mətbuat xidməti yayıb.
Bəyanatda qeyd olunur: “Klub mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.”
Viktor Şustikov 1958–1972-ci illərdə “Torpedo”da çıxış edib və uzun illər komandanın kapitanı olub. O, klub tarixində ən çox oyun keçirən futbolçudur — 427 görüş. Şustikov iki dəfə SSRİ çempionu (1960, 1965) və iki dəfə SSRİ-nin ən yaxşı futbolçusu (1963, 1964) seçilib.