image-2000x150px
image-123
image-ads_atlas
image-6bfaf9d5f9688e24ce1d7eb83dfe194dbackend

Moskvanın Qırmızı Meydanında buzovunu gəzdirən amerikalıya 13 sutkalıq həbs verildi – FOTO

image-728x90px

Moskvanın Tverskoy Məhkəməsi şəhərin mərkəzindəki Qırmızı Meydanda buzovla gəzən amerikalı heyvan hüquqları müdafiəçisi Alisiya Dayın 13 sutkalıq həbs edilməsinə dair qərar verib. Onun polisə itaətsizlik göstərdiyinə görə həbs edildiyi bildirilib.

Rusiya paytaxtının mərkəzində buzov ilə gəzən qadın ötən gün saxlanılıb. Onun 34 yaşlı ABŞ vətəndaşı olduğu müəyyən edilib.

Saxlanılan şəxsin sözlərinə görə, o, “Avito”da heyvan alıb və onu gəzdirmək qərarına gəlib.

Xatırladaq ki, bundan əvvəl Alisiya Day Qırmızı Meydanda icazəsiz mitinqdə iştirak etdiyinə görə 20 min rubl cərimə edilmişdi.

 

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki