image-n1karobka_ads
image-123
image-ictimai_f99687dd719c4e8bc6a39e946c3d9ef7_6iqa21xrjyvm7hl35w9k-620x460backend

“MOXO” diqqət testinin təqdimatı olub – FOTO

image-ad_qayo_720x110px

04 aprel 2025-ci il tarixində “Loqos” Psixoloji və Nitq Mərkəzinin təşkilatçılığı ilə JW Marriott Absheron Baku Hotel-də “MOXO” diqqət testinin rəsmi təqdimatı uğurla baş tutub.

Tədbirdə millət vəkilləri, dövlət qurumlarının nümayəndələri, mətbuat təmsilçiləri həkimlər, psixoloqlar, məktəb direktorları və digər qonaqlar iştirak edib.

Tədbiri “Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri Təranə Paşayeva tədbiri açıq elan edərək, Mərkəzin fəaliyyəti, beynəlxalq əlaqələr, həyata keçirilən layihələr haqqında məlumat verərək, “MOXO” testinin də Azərbaycan ilk dəfə məhz “Loqos” Psixoloji və Nitq Mərkəzi tərəfindən həyata keçirildiyini bildirib.

Daha sonra təqdimat üçün Türkiyədən gələn peşəkar mütəxəssislər – Uzman Klinik Psixoloq Yücel Şavklı və Uzman Dr. Ferda Özkanoğlu tərəfindən testin məqsədi, əhəmiyyəti, yanaşma metodları və digər mövzularda tədbir iştirakçıları məlumatlandırılıb.

Qeyd edək ki, Azərbaycanda “MOXO” diqqət testinin rəsmi və yeganə təmsilçisi “Loqos” Psixoloji və Nitq Mərkəzidir!

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki