image-2000x150px
image-123
image-ads_atlas
image-tv_250122backend

MTRŞ ləğv edilir, Audiovizual Şura yaradılır

image-728x90px

Milli Televiziya və Radio Şurası (MTRŞ) ləğv edilir, Audiovizual Şura yaradılır.

Bu, Prezident İlham Əliyevin imzaladığı “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə fərmanında öz əksini tapıb.

Audiovizual Şura Milli Televiziya və Radio Şurasının hüquqi varisidir, onun öhdəlikləri və əmlakı Şuraya keçir, MTRŞ-nin səlahiyyət müddəti bitməmiş üzvləri həmin müddət bitənədək fəaliyyətlərini davam etdirirlər, Şuranın strukturu və işçilərinin say həddi təsdiq edilənədək MTRŞ-nin Aparatı fəaliyyətini davam etdirir.

Şuranın strukturunun layihəsini və işçilərinin say həddinə (Milli Televiziya və Radio Şurası Aparatının işçilərinin say həddindən az olmayaraq) dair təklifləriniMaliyyə Nazirliyi ilə razılaşdırmaqla bir ay müddətində dövlət başçısına təqdim etməlidir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki