image-n1karobka_ads
image-123
image-mubariz-mansimovbackend

Mübariz Mənsimov barəsində rəsmi araşdırma

image-ad_qayo_720x110px

Türkiyə Baş Prokurorluğu azərbaycanlı biznesmen Mübariz Mənsimovla bağlı istintaqa başlayıb.

Doğru.az xəbər verir ki, AZXEBER.COM-a istinadən məlumata görə, İstanbulun Küçükçekmece Respublika Baş Prokurorluğu Ekol TV ilə bağlı çirkli pulların yuyulması iddiaları üzrə araşdırma aparır.

İstintaq çərçivəsində Mübariz Mənsimov, türkiyəli iş adamı Veysel Şahin, fəaliyyəti dayandırılan Ekol TV-nin baş redaktoru Emrah Doğru və vəkil Ersan Şen daxil olmaqla bir sıra şəxslər təqsirləndirilən qismində istintaqa cəlb edilib.

Baş Prokurorluq Ekol TV ətrafında aparılan maliyyə əməliyyatlarının qanunauyğunluğunu araşdırır.

Qeyd edək ki, 2024-cü ildə yaradılan Ekol TV bir müddət əvvəl fəaliyyətini dayandırıb. Azərbaycanlı biznesmen Mübariz Mənsimov telekanalın sərmayədarlarından biri olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki