image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-21backend

Müdafiə naziri “IDEF-2021” sərgisinin açılış mərasimində iştirak edib – FOTO

image-728x90px

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akarın dəvətilə avqustun 17-də İstanbul şəhərində keçirilən “IDEF – 2021” Beynəlxalq Müdafiə Sərgisinin təntənəli açılış mərasimində iştirak edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müdafiə naziri sərgidə müxtəlif şirkətlərin istehsalı olan silah, texnika və hərbi təyinatlı vasitələrə baxış keçirib.

Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Türkiyə Müdafiə Sənayesinin “ASELSAN”, “ROKETSAN”, “HAVELSAN”, “ASPİLSAN” və bir sıra digər şirkətlərinin rəhbərləri ilə görüşlər keçirib.

Görüşlərdə tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki