image-2000x150px
image-123
image-ads_atlas
image-17143731401897259159_1200x630backend

Mürsəl İbrahimov Qəbələdə vətəndaşların problemlərini dinlədi – FOTO

image-728x90px

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi Mürsəl İbrahimov aprelin 26-da xidmətin Qəbələ rayon şöbəsinin inzibati binasında Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən şəhər və rayonlarından olan vətəndaşları qəbul edib.

Xidmətdən Doğru.az-a verilən məlumata görə, qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilərək önünə gül dəstəsi qoyulub, əziz xatirəsi ehtiramla anılıb. Qəbulda 21 vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar SHXÇDX-də həqiqi hərbi xidmətə və ya işə qəbul, övladlarının gələcək müddətli həqiqi hərbi xidmət yerinin müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı müraciət ediblər.

Xidmət rəisi qəbul zamanı hər bir vətəndaşın müraciətini dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. SHXÇDX-nin səlahiyyətlərinə aid olmayan müraciətlər aidiyyəti qurumlara yönəldilib.

DOĞRU.AZ

image-1714373140151942421_1200x630 image-171437314033039478_1200x630 image-17143731402048010696_1200x630 image-1714373140386941657_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki