image-n1karobka_ads
image-123
image-1732709356317582891_1200x630backend

Musiqili Teatrda “Ustadımın yolu ilə. Operetta inciləri” adlı konsert keçiriləcək

image-ad_qayo_720x110px

Dekabrın 21-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Ustadımın yolu ilə. Operetta inciləri” adlı konsert proqramı təqdim ediləcək.

Teatrdan Doğru.az-a bildirilib ki, konsertdə Əməkdar artist Ramil Qasımovun ifasında ötən illərin operettalarından ariya və mahnılar ifa olunacaq.

Proqramda Əməkdar artisti Akademik Musiqili Teatrın baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevin dirijorluğu ilə teatrın simfonik orkestri müşayiət edəcək.

Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar. Kollektiv sifarişlər qəbul olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki