image-2000x150px
image-123
image-ads_atlas
image-1604500204_35b48852-7638-4a5d-b436-19dd3b243586backend

Mustafa Abbasbəyli vəzifəsindən getdi

image-728x90px

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli vəzifəsindən uzaqlaşdırılıb.

Bakupost.az-ın əldə etdiyi məlumata görə, o, bundan sonra fəaliyyətini Mədəniyyət Nazirliyində davam etdirəcək. Belə ki, M.Abbasbəyli Mədəniyyət Nazirliyi Aparatının rəhbəri təyin olunub.

Bununla bağlı nazir Adil Kərimlinin əmr imzaladığı bildirilir.

Qeyd edək ki, Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 1996-2000-ci illərdə Xəzər Universiteti, 2000-01-ci illərdə Türkiyənin Ege Universiteti, 2001-03-cü illərdə isə Ankara Universitetində təhsil alıb.

2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edib. Hüquq üzrə fəlsəfə doktorudur.

M.Abbasbəyli 2004-14-cü illərdə “Standard Insurance” sığorta şirkətində bir sıra rəhbər vəzifələrdə çalışıb.

2014-16-cı illərdə “ISR Auto/Toyota Baku” şirkətinin,

2016-18-ci illərdə “Beyli Group” şirkətinin baş direktoru vəzifəsində çalışıb.

2018-19-cu illərdə Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri vəzifəsində çalışıb.

2019-20-ci illərdə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

2 iyul 2020-ci ildən etibarən isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri idi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki