Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılan 77-LF-416 dövlət nömrə nişanlı “Xəzər” markalı avtomobilin sürücüsü Vüsal Miriyevin həm sürücülük hüququnun məhdudlaşdırıldığı, həm də narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.
Doğru.az-a verilən məlumata görə, şübhəli davranışlarına görə tibbi müayinəyə cəlb edilən sürücünün narkotik vasitə qəbul etdiyi təsdiqlənib.
Faktla bağlı inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmə qərarı ilə V.Miriyev 20 sutka müddətinə inzibati həbs cəzası alıb.
DOĞRU.AZ