image-n1karobka_ads
image-123
image-fotojet_1200backend

Narkotik təsiri altında sürücülük – BMW sürücüsü saxlanıldı

image-ad_qayo_720x110px

Paytaxt sakini Nadir Zeynalov “BMW” markalı avtomobillə Ələt-Astara avtomagistralında hərəkətdə olarkən YPX Alayının stasionar postunda nəzarət qaydasında saxlanılıb.

Doğru.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, sənədlərin yoxlanılması zamanı sürücünün davranışları şübhə yaradıb. Bu səbəbdən N.Zeynalov tibbi müayinədən keçməyə dəvət olunub.

Müayinə zamanı onun narkotik vasitənin təsiri altında olduğu sübuta yetirilib. Sürücü özünün də etiraf etdiyi bu hal səbəbilə inzibati məsuliyyətə cəlb edilib.

Baş Dövlət Yol Polisi İdarəsi bildirir ki, narkotik təsiri altında sükan arxasına keçərək hərəkət iştirakçılarının həyatını təhlükəyə atan şəxslərə qarşı daha sərt tədbirlər görüləcək və bu kimi hüquqazidd əməllərə son qoyulması tələb olunur.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki