image-2000x150px
image-123
image-ads_atlas
image-shutterstock_355778717-pic_32ratio_1200x800-1200x800-25440backend

NATO Gürcüstanla Rusiya arasında uçuşların bərpasından narahatdır

image-728x90px

TASS xəbər verir ki, NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina bildirib ki, Şimali Atlantika Alyansı Tbilisidən Moskvaya və Moskvadan Tbilisiyə birbaşa uçuşların bərpası xəbərini narahatlıqla qarşılayıb.

Onun sözlərinə görə, blok Rusiyanın Gürcüstan tərəfi ilə hava əlaqəsini bərpa etmək qərarını mənfi qiymətləndirir.

“Bizim mövqeyimiz narahatlıq doğurur. Moskvanın bu qərarını bəyənmirik, amma bu, birtərəfli qərar idi. Narahatlıq daha çox sizin Gürcüstan parlamentinizin bəzi üzvlərindən, hökumət üzvlərindən gördüyümüz reaksiyalarla bağlıdır, çünki əsas məsələ Ukraynanı dəstəkləməyə davam etməkdir”, – Kolomina Tbilisiyə səfəri zamanı deyib.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki