image-n1karobka_ads
image-123
image-682c48fdae5ac95ad91d3fefbackend

NATO-nun baş katibi Rutte Putinin Trampla söhbətini müsbət addım adlandırıb

NATO-nun baş katibi Mark Rutte Aİ müdafiə nazirləri və xarici işlər nazirlərinin görüşündən əvvəl Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın telefon danışığını müsbət addım adlandırıb.

“Bu söhbət çox müsbət addımdır”, – TASS onun sözlərindən sitat gətirir.

Ruttenin sözlərinə görə, bu söhbət tərəflər arasında əvvəllər mövcud olmayan birbaşa ünsiyyəti bərpa edib.

Eyni zamanda o, Vaşinqtona Ukrayna münaqişəsinin həlli istiqamətində gördüyü işlərə və həm Avropa, həm də Kiyevlə qarşılıqlı fəaliyyətinə görə minnətdarlığını bildirib.

Financial Times qəzeti daha əvvəl yazmışdı ki, avropalı rəsmilər Putinlə Trampın söhbətini Moskvanın qələbəsi adlandırıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki