image-2000x150px
image-123
image-ads_atlas
image-thediplomat-2020-04-21-3backend

Nazarbayev haradadır? – Mətbuat katibi AÇIQLADI

image-728x90px

Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bütün vətəndaşları böhrandan çıxmaq və ölkənin bütövlüyünü təmin etmək üçün hazırkı Prezident Kasım-Jomart Tokayevin ətrafında birləşməyə çağırıb.

Bu barədə sabiq dövlət başçısının mətbuat katibi Aydos Ukibay məlumat verib.

Onun sözlərinə görə, Nazarbayev hazırda Nur-Sultan şəhərindədir.

“Sizdən xahiş edirik ki, bilərəkdən yalan və spekulyativ məlumatlar yaymayın. Elbası (milli lider Nursultan Nazarbayev) bir sıra məsləhətçi görüşlər keçirir və Prezident Kasım-Jomart Tokayevlə birbaşa əlaqədədir”, – deyə Ukibay “Twitter” hesabında yazıb.

O, həmçinin bildirib ki, Nazarbayev Qazaxıstana dost olan dövlət başçıları ilə bir neçə dəfə telefon danışığı aparıb.

Mənbə: TASS

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki