image-2000x150px
image-123
image-ads_atlas
image-1-3backend

Nazir Anar Kərimov Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri ilə görüş keçirdi – FOTO

image-728x90px

9 mart 2022-ci il tarixində Mədəniyyət naziri Anar Kərimov rəssamlıq sənətinə böyük töhfə vermiş Azərbaycan Rəssamlar İttifaqının nümayəndələri ilə görüş keçirdi.

Nazir 44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 30 ilə yaxın işğal altında olan ərazilərimizi azad etdiyini və ərazi bütövlüyümüzün bərpasından ötən müddətdə Azərbaycanın mədəniyyət və incəsənət beşiyi sayılan Qarabağa mədəniyyətin qaytarılması istiqamətində mühüm işlər görüldüyünü vurğuladı.

Anar Kərimov “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Sərəncam imzalandığını və bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Tədbirlər Planının hazırlanaraq təsdiq olunduğunu qeyd edərək Mədəniyyət Nazirliyi tərəfindən bir sıra tədbirlərin hazırlandığını iştirakçıların diqqətinə çatdırdı. O, qeyd etdi ki, Mədəniyyət Nazirliyi tərəfindən keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında təsviri sənət sahəsində bir sıra layihələr yer almışdır. Belə ki, layihələr çərçivəsində Azərbaycanlı rəssamların Şuşa şəhərinə səfərinin təşkili və onlar tərəfindən yaradılmış əsərlərin Şuşa və Bakı şəhərlərində təqdimat mərasimlərinin təşkil olunacağını və ən yaxşı əsərlərin müəlliflərinin mükafatlandırılacağını bildirdi. O, “Şuşa ili” ilə bağlı həmçinin, bir çox beynəlxalq layihələrin də həyata keçiriləcəyini qeyd etdi.

Eyni zamanda, o, cari ildə Nazirlik tərəfindən “Şuşa ili”nə həsr olunmuş Şuşa şəhərinin qədim tarixi, mədəniyyəti və dahi şəxsiyyətlərinə aid heykəltaraşlıq müsabiqəsinin təşkil ediləcəyi barədə məlumat verdi. Anar Kərimov gələcəkdə də Mədəniyyət Nazirliyi tərəfindən rəssamların işlərinin alınması, respublika daxilində və xaricdə rəssamların fərdi sərgilərinin təşkil edilməsinə dəstək göstəriləcəyini bildirdi.

Daha sonra Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış edərək görüşün rəssamların fəaliyyətini çətinləşdirən amillərin həlli üçün imkan yaradacağını və faydalı olacağını, həmçinin rəssamların fəaliyyətinin daha da yaxşılaşdırılması üçün böyük töhfə verəcəyini bildirdi. Rəssamlar İttifaqının üzvləri-Xalq rəssamı Arif Hüseynov, Aydın Rəcəbov, Xanlar Əhmədov, sənətşünas Ziyadxan Əliyev çıxış edərək rəssamların yaradıcılıq fəaliyyətinin daha da yaxşılaşdırılması üçün təkliflərini səsləndirdilər.

Sonda Mədəniyyət naziri Anar Kərimov “Nizami Gəncəvinin 880 illiyi (1141-2021)” xatirə nişanını Xalq rəssamı Fərhad Xəlilova təqdim etdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki