image-ads_n1karobka_mobile
image-1-1backend

Nazir Anar Kərimov Xalq artisti Əlibaba Məmmədovu evində ziyarət edib – FOTO

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Xalq artisti, “Şöhrət”, “İstiqlal”, “Şərəf” ordenli xanəndə Əlibaba Məmmədovu evində ziyarət edib.

Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi Əlibaba Məmmədovu doğum günü münasibətilə təbrik edən Anar Kərimov, ifaçının Azərbaycan incəsənətində xüsusi rolunu vurğulamış, onun mahnılarının dillər əzbəri olduğuna diqqət çəkmişdir. Əlibaba Məmmədovun yetişdirdiyi tələbələrin bu gün də Azərbaycan muğam sənətinin gələcək nəsillərə ötürülməsində birbaşa iştirak etdiyini vurğulayan nazir ona möhkəm can sağlığı arzularını çatdırmışdır.

DOĞRU.AZ

image-1-2 image-2-1


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki