image-n1karobka_ads
image-123
image-1671260803149655742_1200x630backend

Nazirlik erməni “Telegram” kanallarında yayılan xəbərlərlə bağlı məlumat yaydı

image-ad_qayo_720x110px

Erməni “Telegram” kanallarında guya “Azərbaycan tərəfindən Ukraynaya hərbi təyinatlı məmulatların göndərilməsi”nə dair məlumatların yayılmasına cəhdlər olunur.

Doğru.az xəbər verir ki  bu barədə Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Vurğulanıb ki, bu kimi məlumatlar tamamilə “fake” və dezinformasiya xarakteri daşıyır.

“Erməni “Telegram” kanallarında əvvəllər də belə yalan və həqiqətə söykənməyən xəbərlərin yayılmasına cəhdlər olub. Bu məlumatların heç bir əsası yoxdur və ciddi qəbul edilməməlidir.

Bir daha bildiririk ki, Azərbaycan tərəfindən qeyd olunan istiqamətdə hər hansı hərbi təyinatlı məmulatlar göndərilməmişdir”, – deyə nazirlikdən bildirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki