Su Nəqliyyatında Polis İdarəsinin Neftçala Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən ekoloji cinayətlərin qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı Xəzər dənizində qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb.
Doğru.az xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində brakonyerliklə məşğul olan M.Xanməmmədov qanunsuz balıq ovu faktı ilə yaxalanıb. Ondan ovlanması qadağan edilmiş kütüm balıqları və müxtəlif növ sənədsiz ov alətləri aşkar edilərək maddi sübut kimi götürülüb.
Hazırda faktla bağlı araşdırmalar aparılır.
DOĞRU.AZ