İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Fələstin dövlətçiliyinin bir sıra ölkələr tərəfindən birtərəfli tanınmasına cavab verəcəyini, lakin bunu yalnız BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək sessiyasından sonra edəcəyini bildirib.
Doğru.az xəbər verir ki, Netanyahu çıxışında deyib:
“Oktyabrın 7-dəki dəhşətli qırğından sonra Fələstin dövlətini tanıyan liderlərə açıq mesajım var: Siz terrora böyük mükafat verirsiniz”.
Sentyabrın 21-də Böyük Britaniyanın baş naziri Keir Starmer Londonun Fələstin Dövlətini tanıdığını açıqlayıb. Ona Avstraliya, Kanada və Portuqaliyanın səlahiyyətliləri də qoşulub.
Qeyd edək ki, daha əvvəl Fələstinin Həmas hərəkatı beynəlxalq ictimaiyyəti İsraili təcrid etməyə çağırmış, London, Ottava və Kanberranın qərarlarını alqışlamışdı.
DOĞRU.AZ