İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın sabiq prezidenti Donald Trampla İranla bağlı “böyük qələbənin nəticələrini” müzakirə etdiklərini bildirib.
Doğru.az xəbər verir ki, TASS Netanyahunun bu fikirlərini sitat gətirib.
“Biz İran üzərində əldə etdiyimiz böyük qələbənin nəticələrini və imkanlarını müzakirə etdik. İbrahim razılaşmalarını genişləndirmək və sülh dairəsini böyütmək üçün yeni perspektivlər açılır”, – Netanyahu qeyd edib.
Qeyd edək ki, daha əvvəl Donald Tramp Qəzza ilə bağlı razılaşmanın yaxın bir həftə ərzində əldə olunacağını bildirmişdi.
DOĞRU.AZ