image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-03-24t095917-390backend

Netanyahunun Böyük Britaniyaya səfəri təxirə düşüb: Səbəblərdən biri pilotlardır

image-728x90px

İsrailin Baş naziri Benyamin Netanyahunun ötən gün Böyük Britaniyaya nəzərdə tutulmuş səfəri uzun sürən daxili siyasi məsləhətləşmələrdən sonra bir gün sonraya təxirə salınıb.

Netanyahu ofisinin adının çəkilməsini istəməyən nümayəndəsi deyir ki, səfərin təxirə salınması Knessetdə (parlamentdə) uzun sürən səsvermə və qanunvericilik fəaliyyətləri cədvəli ilə əlaqədardır.

Lakin Britaniyanın “The Daily Telegraph” qəzeti iddia edib ki, pilotlar baş naziri Londona aparmaqdan imtina ediblər və nəticədə İsrailin baş naziri Böyük Britaniyaya səfərini təxirə salmağa məcbur olub.

Nəşrin yazdığına görə, pilotlar ölkədə məhkəmə islahatlarına qarşı keçirilən kütləvi etirazlara dəstək olaraq bu addımı atıblar.

Məlumat üçün əlavə edək ki, ötən gün Benyamin Netanyahu ölkədə kütləvi etirazlara səbəb olan məhkəmə islahatları ilə əlaqədar həmvətənlərinə televiziya vasitəsi ilə müraciət edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki