image-nerjbanner
image-ads_atlas
image-011-pic_32ratio_1200x800-1200x800-6092backend

Neuralink implantı olan ilk xəstə düşüncə gücündən istifadə edərək şahmat oynadığını göstərdi

image-nerjbanner

Neyralink neyrotexnoloji şirkətindən beyninə implant yerləşdirən ilk xəstə, sahibkar İlon Mask şirkətin X sosial şəbəkəsindəki səhifəsində canlı şahmat oynayaraq uğurunu nümayiş etdirib.

29 yaşlı Nolan Arbaugh hekayəsini bölüşərək dedi ki, təxminən səkkiz il əvvəl qəzadan sonra iflic olub və çiyinlərindən aşağı hissiyyatını itirib. İndi o, implant sayəsində öz noutbukunun ekranındakı şahmat taxtasında kursoru düşüncə gücü ilə hərəkət etdirərək fiqurları hərəkət etdirə bilir. Arbaugh həmçinin əlavə edib ki, o, cihazını doldurmaq üçün fasilələr verərkən kompüter oyunları oynayır.

“Hələ mükəmməl deyil, amma artıq həyatımı yaxşılaşdırdı” dedi.

Mənbə: Haberler.com

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki