image-n1karobka_ads
image-123
image-17462633801132537930_1200x630backend

“Nine Senses Fest” yoqa festivalının ikinci günü keçirilir

“Sea Breeze Event Hall” və “Nine Senses Sea Breeze”də festival səhər saatlarında yoqa və meditasiya seansları ilə başlayıb. Məşhur ustalar – Kənan Məmmədov, Sudhakar Dass, Lev İvanov və Perukua yoqa və meditasiya dərsləri, karma və daxili güc haqqında mühazirələr, vokal yoqa, qadın enerjisi və art-terapiya üzrə ustad dərsləri keçiriblər.

Axşam saatlarında Perukuanın “Ruhun sirləri” proqramı ilə konserti də gözlənilir. Onun səsi “Yerin Rəsmi Səsi” adlanır, vokalları vasitəsilə qadın enerjisinin dirijoru kimi çıxış edən güclü qadın vibrasiyası təqdim edir.

Üç gün ərzində iştirakçılar yoqa və meditasiya təcrübələri, şərq və slavyan təbabəti, sufi fəlsəfəsi, art-terapiya və sairə haqqında tematik mühazirələr oxuyacaqlar.

Xatırladaq ki, festival Heydər Əliyev Fondunun vitse-prezidenti, “Nine Senses” İncəsənət Mərkəzinin təsisçisi və Azərbaycan Yoqa Federasiyasının prezidenti Leyla Əliyevanın dəstəyi ilə keçirilir və mayın 4-dək davam edəcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki