image-n1karobka_ads
image-123
image-17650176652425262935_1200x630backend

Nizami və Nərimanov rayonlarında oğurluq hadisələri qeydə alınıb

image-ad_qayo_720x110px

Nizami rayonu ərazisində gecə saatlarında avtomobil təmiri sexlərinin qarşısından 2 mühərrik və dəmir materiallar oğurlanıb.

Doğru.az xəbər verir ki, ümumi dəyəri 2000 manat olan əmlakın oğurluğu ilə bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Şöbəsi əməkdaşları tədbir görüblər.

Tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı N.Hüseynov müəyyən edilərək saxlanılıb.

Həmçinin Nərimanov rayonunda marketlərdən birindən oğurluq etməkdə şübhəli bilinən 26 yaşlı E.Məlikzadə də polis tərəfindən saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki