image-n1karobka_ads
image-123
image-17231001665492629153_1200x630backend

Ombudsman Bakıda vətəndaşların müraciətlərini dinləyib – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva avqustun 7-də Bakı şəhərində növbəti dəfə vətəndaşlarla görüşüb.

Ombudsman Aparatından Doğru.az-a bildirilib ki, müvəkkil müraciət etmiş vətəndaşlarla fərdi qaydada görüşüb. Bəzi məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə nəzarətdə saxlanılacağı və mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib.

Görüş zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması üçün Ombudsman Aparatında 24/7 rejimdə fəaliyyət göstərən “916” nömrəli Çağrı mərkəzi, e-mail ünvanları, poçt, faks, eləcə də sosial şəbəkələr vasitəsilə də müraciətlərin qəbul olunduğu barədə məlumat verilib.

DOĞRU.AZ

image-17231001665800461189_1200x630image-1723100166346139891_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki