image-2000x150px
image-123
image-ads_atlas
image-d170a421-ab25-374b-b4c2-20c275d475ad_850backend

Ombudsman dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara çağırış edib

image-728x90px

Azərbaycanın Ombudsman Aparatı Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədindəki təxribatları ilə bağlı açıqlama yayıb.

Doğru.az xəbər verir ki, açıqlamada deyilir:

“Təəssüflə bildiririk ki, Ermənistan sərhədyanı və işğaldan azad edilmiş ərazilərimiz ətrafında sistemli şəkildə hərbi təxribatlar törətməkdə davam edir.

Belə ki, avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlamışdır.

Beynəlxalq hüququn norma və prinsiplərinə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına zidd olan, fundamental insan hüquqlarının pozulmasına yönəlmiş sülhə təhdid olan bu kimi təxribatçı əməllərin törədilməsini kəskin şəkildə pisləyir və dünya ictimaiyyətini, müvafiq beynəlxalq təşkilatları Ermənistanın bu əməllərindən çəkindirilməsi istiqamətində qəti tədbirlər görməyə çağırırıq”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki