image-n1karobka_ads
image-123
image-17653712474762641667_1200x630backend

Ombudsmanın sorğusu Konstitusiya Məhkəməsinin Plenumunda baxılacaq

image-ad_qayo_720x110px

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib.

Doğru.az xəbər verir ki, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 144-cü maddəsinin 2-ci və 3-cü hissələrinin Konstitusiyanın 25, 37, 71 və 149-cu maddələrinə uyğunluğunun yoxlanılması barədə Ombudsmanın sorğusuna baxılıb.

Palata sorğunun Konstitusiya Məhkəməsi Plenumunun icraatına qəbul olunması haqqında qərardad qəbul edib.

Qərara əsasən, sorğuya mahiyyəti üzrə tərəflərin iştirakı ilə Plenumun 29 dekabr tarixində keçiriləcək iclasında baxılacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki