Omsk Neft Emalı Zavodunun ərazisində yanğın baş verib.
“Omsk neft emalı zavodunun avtomatik yanğın təhlükəsizliyi sistemi nasosxananın köməkçi otağında yanğın aşkar edib. Avtomatlaşdırılmış yanğınsöndürmə texnikası və yanğınsöndürmə xidməti qısa müddətdə yanğını lokallaşdırıb. Xəsarət alan olmayıb”, – şirkətin mətbuat xidmətindən ngs55news-a bildiriblər.
Zavodun normal rejimdə işlədiyi qeyd edilir.