Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını sərt tənqid edib.
Doğru.az xəbər verir ki, Orban sosial media hesabında paylaşım edərək Aİ rəhbərliyinin Ukraynadakı münaqişədən sui-istifadə etdiyini bildirib.
“Brüssel elitası ölkələri suverenlikdən məhrum etmək və bizi Avropa Birləşmiş Ştatlarına doğru çəkmək üçün kollektiv borc ideyasını irəli sürür”, – deyə Orban vurğulayıb.
Onun sözlərinə görə, Aİ Ukrayna münaqişəsini maliyyə əlaqələri vasitəsilə ölkələri birləşdirmək üçün bəhanə kimi görür.
Macarıstan lideri daha əvvəl də Aİ-nin parçalanma vəziyyətində olduğunu qeyd edərək, Avropa liderlərini Rusiya ilə təhlükəsizlik sazişləri bağlamaq üçün Moskvaya getməyə çağırmışdı.
DOĞRU.AZ