Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun bütün qoşun növlərində və hərbi hissələrində, o cümlədən Əlahiddə Ümumqoşun Orduda silahların, döyüş və xüsusi texnikaların, həmçinin aviasiya vasitələrinin payız-qış mövsümü istismarı rejiminə keçirilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilir.
Doğru.az xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, texniki xidmət çərçivəsində hərbi hissələrin texniki xidmət məntəqələrində texnikalar mövsümə uyğun yanacaq-sürtkü materialları ilə təmin olunur, elektrik sistemləri yoxlanılaraq zəruri xidmətlər həyata keçirilir.
Hərbi hissələrə lazım olan ehtiyat hissələri və avadanlıqlar mərkəzləşdirilmiş şəkildə çatdırılır və tam təminat normalarına uyğun təmin olunur.
Döyüş hazırlığının yüksək səviyyədə saxlanılması və bölmələrin döyüş qabiliyyətinin artırılması məqsədilə aparılan mövsümi xidmət tədbirləri təhlükəsizlik qaydalarına ciddi əməl edilməklə icra olunur.
DOĞRU.AZ