image-n1karobka_ads
image-123
image-1765290657333303339_1200x630backend

Orduda zabit təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirildi – FOTO

image-ad_qayo_720x110px

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində zabit təkmilləşdirmə kursunun növbəti buraxılış mərasimi baş tutub.

Doğru.az xəbər verir ki, mərasim cari ilin hazırlıq planına uyğun olaraq dekabrın 9-da keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi anılıb, Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən mərkəzin rəisi polkovnik Nizami Mövlanov ordu quruculuğunda peşəkar kadr hazırlığının vacibliyini vurğulayıb, kursu uğurla tamamlayan hərbçiləri təbrik edib.

Dinləyicilər onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq ediblər. Təlimlərdə yüksək nəticə göstərənlərə fəxri fərman və sertifikatlar təqdim olunub, kurs birincisi mayor Pərviz Quliyev yaş kötüyünə rəmzi emblem vurub.

DOĞRU.AZ

image-17652906574838434700_1200x630 image-1765290657503274116_1200x630 image-1765290657333303339_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki