image-2000x150px
image-123
image-ads_atlas
image-20640_ej9f2svcgd-1backend

Ordumuzun atəşi nəticəsində erməni hərbçinin ölümü xəbəri həqiqətə uyğun deyil – RƏSMİ

image-728x90px

Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində guya Azərbaycan Ordusu bölmələrinin atəşi nəticəsində erməni hərbi qulluqçunun həlak olması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, əksinə, gün ərzində Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.

Qarşı tərəfin guya bölmələrimizin itki verməsi barədə yaydığı məlumat da yalandır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki