Rusiya Federasiyasının Oryol vilayətində partlayış səsləri eşidilib.
Doğru.az xəbər verir ki, ilkin məlumatlara görə, bölgədə hava hücumundan müdafiə sistemi işə düşüb. Hadisə barədə məlumatı SHOT Telegram kanalı Oryol sakinlərinə istinadla yayıb. Onların bildirdiyinə görə, rayon mərkəzinin ətrafında dörd partlayış baş verib.
Qeyd edək ki, iyulun 17-si axşam saatlarında hava hücumundan müdafiə sistemləri iki saat ərzində Rusiya ərazisində 20-dən çox Ukrayna pilotsuz uçuş aparatını zərərsizləşdirib.
DOĞRU.AZ