image-n1karobka_ads
image-123
image-17593178955008920434_1200x630backend

Ötən ay 640 mina və 5 min 286 partlamamış hərbi sursat zərərsizləşdirilib

image-ad_qayo_720x110px

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə sentyabr ayında həyata keçirilən minatəmizləmə əməliyyatlarının nəticələrini açıqlayıb.

Doğru.az xəbər verir ki, ANAMA-nın məlumatına görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında aparılan əməliyyatlar zamanı 522 piyadaəleyhinə, 118 tankəleyhinə mina, eləcə də 5286 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ümumilikdə 5622,9 hektar ərazi minalardan və partlamamış hərbi sursatlardan təmizlənib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki